RU
Bakıda sürücü
13:21
276

Bakıda sürücü "NAZ Lifan"ı aşırdı - 1 nəfər öldü, 5-i yaralandı

Bakıda ağır yol qəzası baş verib. 

7News.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi "NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ