RU
Bakıda taksi sürücüsü bıçaqlandı
00:42
408

Bakıda taksi sürücüsü bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24 cü Polis Bölməsinə məlumat verilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ