RU
Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var
10:10
38

Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

7News.Az APA-ya istinadən bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ