Faktla bağlı araşdırma aparılır.
Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.
7news.az haqqin.az-a istinadən xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16:00 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri gücnən hadisə yerindən uzaqlaşa biliblər.
Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.
7news.az








