Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub. Hadisə zamanı təcili tibbi yardım avtomobili aşıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli 7NEWS.Az-a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü başından yüngül xəsarət alıb, ölən yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.
7NEWS.Az







