RU
Bakıda təhqirlərə görə tanışını öldürən şəxs 10 il cəza alıb
12:00
567

Bakıda təhqirlərə görə tanışını öldürən şəxs 10 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Qərib Əhmədovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, ötən il avqustun 15-də Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Qərib Əhmədov şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində qəsəbə sakini Məmmədağa Həsənovun (1989-cu il təv.) ürək nahiyyəsindən bir zərbə vurmaqla, onu qəsdən öldürüb. Həmin gün sonuncu şübhəli şəxs qismində Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqim olunub.
İş üzrə dindirilən Qərib Əhmədov bildirib ki, Məmmədağa yaşca ondan böyük olub və daim onu təhqir etməklə, "lağa" qoyub. Həmin gecə təxminən saat 12 radələrində o, Həsənovla təsadüfən küçədə rastlaşıb. Onun sözlərinə görə, Məmmədağa sərxoş vəziyyətdə idi, onu görən kimi yanına çağırıb iradını bildirməyə başlayıb. Münasibətlərlərini aydınlaşdıra-aydınlaşdıra onlar Əhmədovun yaşadığı evin qarşısına çatıblar. Həsənovun təhqirlərindən hiddətlənən Qərib evə girərək, məişət-təsərrüfat təyinatlı bıçağı alıb, geri qayıdıb və onun döş qəfəsindən bir bıçaq zərbəsi endirib.

Məhkəmə prosesində Q.Əhmədov ittiham üzrə özünü təqsirli hesab edib. O, Həsənovu döş nahiyyəsindən təsadüfən vurduğunu bildirərək, qeyd edib ki, məqsədi özünü müdafiə etmək olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ