RU
Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub
15:00
539

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ