RU
Bakıda teplovozla avtomobil toqquşub: Ölən var - VİDEO
11:03
103

Bakıda teplovozla avtomobil toqquşub: Ölən var - VİDEO

Bakıda teplovozla avtomobil toqquşub, ölən var.

Hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, maşinist - Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinist köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi "Chevrolet Cruze” markalı avtomobil toqquşub.

Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Fevralın 27-də N.Fərzəliyev ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır./report


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ