Bakıda ticarət mərkəzində oğurluq hadisəsi olub.
7news.az lent.az-a istinadən məlumatına görə, polisə şikayət edən 1995-ci il təvəllüdlü Həsənli Heydər Rasim oğlu bildirib ki, Nigar Rəfibəyli küçəsində yerləşən ticarət mərkəzindəki mağazaların birinin paltardəyişmə otağında İPhone markalı telefonu və pul kisəsi oğurlanıb. Şikayətçi kisənin içində bank və hava yolları şirkətinin kartlarının, eləcə də sürücülük vəsiqəsinin, 122 manat və 11 dollar pulun olmasını əlavə edib.
7news.az








