Mayın 5-dən 18-dək olan müddətdə Bakının Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilər oğurlanıb.
7news.Az DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək "isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub. Faktla bağlı araşdırma aparılır.
7news.Az







