RU
Bakıda tikilən çoxmərtəbəli binada FACİƏ - Ölən var
16:57
328

Bakıda tikilən çoxmərtəbəli binada FACİƏ - Ölən var

Abşeronda tikintidə faciəvi hadisə baş verib.

Saray qəsəbəsində "Halal” MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasında suvaq işləri görən usta, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu binanın 9-cu mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə keçinib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü ((tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ