RU
Bakıda toy mərasimi zamanı bir nəfər ölüb
14:50
425

Bakıda toy mərasimi zamanı bir nəfər ölüb

Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.
 
Hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.
 
Faktla bağlı araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ