RU
Bakıda toy zamanı restoran yandı, qonaqlar təxliyyə olundu
15:59
106

Bakıda toy zamanı restoran yandı, qonaqlar təxliyyə olundu

Bakıda toy zamanı yanğın baş verib.

Hadisə "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən "Bakı" şadlıq sarayında qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın şadlıq sarayının mətbəxində havalandırma sistemində olan yağ qalıqlarının alışması nəticəsində baş verib və həcmi böyük olmayıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Toyda iştirak edən şəxslər təxliyyə olunub.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan yoxdur./Qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ