RU
Bakıda toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb - FOTO
13:10
188

Bakıda toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb - FOTO

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

7News.Az APA-ya istinadən bildirir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Piyada bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ