RU
Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR
12:43
450

Bakıda “Trump Tower”in adı sökülür - FOTOLAR

Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower” otelin adı sökülür.

Söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant” holdinqdir.//Qafqazinfo

7News.az






 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ