RU
Bakıda tuneldə iki yük maşını toqquşub - FOTO
13:00
685

Bakıda tuneldə iki yük maşını toqquşub - FOTO

Yasamal rayonununda 2 yük maşının iştirakı ilə yol qəzası qeydə alınıb. 

Hadisə rayonun A.Salamzadə küçəsində baş verib. "99-MM-885” dövlət qeydiyyatlı "Shacman” markalı yük avtomobili tuneldən çıxarkən qarşısındakı "90-RK-433” dövıət nömrə nişanlı "Maz” markalı evakuator-krana çırpılıb. 

Kranın sürücüsü Abbasəli Qurbanovun bildirdiyinə görə, qəzadan sonra "Shacman” arxaya doğru gedərək tunelin divarına dəydikdən sonra dayana bilib. Qəza nəticəsində "Shacman”-ın sürücüsü Eyvaz Bəndəliyev xəsarət alıb. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. /oxu

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ