RU
Bakıda üç maşın toqquşdu
15:18
614

Bakıda üç maşın toqquşdu

DİN məlumat yaydı.

Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Noyabrın 29-da saat 07 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Murad Hüseynovun idarə etdiyi “Hyundai”, Adil Hacıyevin idarə etdiyi “Hyundai” və Oğuz rayon sakini Asif Nəsirovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetməni itirmiş M.Hüseynov yolun kənarında dayanmış paytaxt sakini Rövşən Nurəhmədovu vurmuş, nəticədə R.Nurəhmədov hadisə yerində ölüb.

Fktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ