RU
Bakıda üç qəza, yaralılar var - VİDEO
12:50
394

Bakıda üç qəza, yaralılar var - VİDEO

Gecə saatlarında Bakının Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az xəbər verir ki, 1957-ci il təvəllüdlü piyada Bayramova Əzizə yolu keçmək istəyərkən onu avtomobil vurub. 

Yaralı təcili Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır. 

Analoji hadisə Bakının Qaradağ rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Eyvazlı Ədalət Hikmət oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən avtomobillə vurulub. 

Yaralı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Xəzər rayonu, Zirə qəsəbəsində də qəza qeydə alınıb. 1982-ci il təvəllüdlü  Hacıyev Samir Vaqif oğlu içkili vəziyyətdə maşını idarə edib və qəza törədib. Nəticədə, o, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Hər üç faktla bağlı araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ