RU
Bakıda üçotaqlı ev yanıb - FOTO
15:46
471

Bakıda üçotaqlı ev yanıb - FOTO

Bakıda sahəsi 65 kvadratmetr olan 3 otaqlı yaşayış evi əşyaları ilə birlikdə yanıb.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində qeydə alınıb.

Hadisə zamanı Ceyhunə Sadıqovaya məxsus fərdi yaşayış evi yanıb.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları alovun digər evlərə keçməsinin qarşısını alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ