RU
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
23:45
1544

Bakıda ucuz avtomobillər satışa çıxarılacaq

Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.

7news.az fins.az-a istinadən məlumatına görə, buraxılış ili 2000-ci ildən 2007-ci ilə qədər olan 9 avtonəqliyyat vasitəsi çıxarılacaq. Minik maşınlarının qiyməti 1762 manatdan 9582 manata qədər dəyişir.

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir.

Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə noyabrın 14-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır.

7news.az

 

Bakıda maşın hərracı - Qiymətlər 10 minə qədər

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ