Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər
Bakıda univermaq binasının damının çökməsi nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
7News.Az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, bunlar 38 yaşlı Elşad Eyvaz oğlu Abdullayev və 35 yaşlı Bəhruz Hacıəli oğlu Məmmədovdur.
Yaralıların xəsarətinin yüngül olduğu bildirilir.
15:43
Bakıda univermaq çöküb.
7News.Az xəbər verir ki, "Report" un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.
Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.
Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.








