RU
Bakıda üzərində xəsarətlər olan meyit tapıldı
11:51
404

Bakıda üzərində xəsarətlər olan meyit tapıldı

Bakı küçələrindən birində kişi meyiti tapılıb.

7News.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyiti aşkar edilib. Onun ölməzdən əvvəl sərxoş olduğu və aldığı kəllə-beyin travmasından dünyasını dəyişdiyi ehtimal edilir.

Baş vermiş hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.//apa
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ