RU
Bakıda üzərinə isti su tökülən şəxslərin ölümü ilə bağlı cinayət işi başlandı
12:10
45

Bakıda üzərinə isti su tökülən şəxslərin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda üzərinə isti su tökülən şəxslərin ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ