RU
Bakıda və Abşeron yarımadasında gözlənilən anomal istilərlə bağlı
13:19
2251

Bakıda və Abşeron yarımadasında gözlənilən anomal istilərlə bağlı

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki,şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Abşeronda havanın temperaturu gecə  23-27, gündüz  34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Bakıda gecə 24-26, gündüz  37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-50 % təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 22-27, gündüz  35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir.

İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

7News.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ