RU
Bakıda “Vətən bağı” parkı yaradılır
11:38
160

Bakıda “Vətən bağı” parkı yaradılır

Bakı Şəhər İcra Hakimiyyəti ictimai fəalların "Vətən bağı” parkı təşəbbüssünə müsbət yanaşıb.

İctimai fəal Emin Tarverdiyev Bakı Şəhər İcra Hakimiyyətində bu məsələ ilə bağlı qəbul olunub. İcra başçısı Eldar Əzizovun tapşırığına əsasən parkın yaradılması və yerin tapılması üçün artıq işə başlanılıb.

Xatırladaq ki, ictimai fəallar tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə "Vətən bağı” parkı yaradılması fikri gündəmə gətirilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ