RU
Bakıda vətəndaşı söyüş üstündə bıçaqlayan şəxsə hökm oxunub
21:00
683

Bakıda vətəndaşı söyüş üstündə bıçaqlayan şəxsə hökm oxunub

Bakıda vətəndaşı söyüş üstündə bıçaqlayan İsmayıl İsmayılova hökm oxunub.

7NEWS.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda baş verib. İ.İsmayılov aralarında aralarında yaranan mübahisə zamanı Ramin Məmmədovu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas etmək mümkün olub.

Faktla bağlı İ.İsmayılov barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ