RU
Bakıda xadimə evdən 24 min manat oğurlayıb
14:20
263

Bakıda xadimə evdən 24 min manat oğurlayıb

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10.000 manat və 8.000 avronun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ