RU
Bakıda xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb
12:57
263

Bakıda xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanılıb

Bakı şəhər sakini Natəvan Ağayeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb. 

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. 

Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən min ABŞ dolları və bir ədəd dəyəri üç min manat olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı xalçanı 1 200 manata satıb.

Faktla bağla araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ