RU
Bakıda xəstə özünü beşinci mərtəbədən yerə atıb
11:30
527

Bakıda xəstə özünü beşinci mərtəbədən yerə atıb

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.

O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.

H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ