RU
Bakıda xəstənin ayağı sındı — 1 Nömrəli Ruhi Dispanserdə nə baş verir?
09:40
3936

Bakıda xəstənin ayağı sındı — 1 Nömrəli Ruhi Dispanserdə nə baş verir?

Psixiatriya xəstəxanasında pasiyentin ayağının sındırıldığı iddia edilir

xezerxeber.az-a istinadən bildirir ki, Qəbələnin Daşca kənd sakini Ramin Musayev deyir ki, qardaşı, 35 yaşlı Namiq Musayev 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Fevralın 21-də axşam ona zəng edərək qardaşının vəziyyətinin ağır olduğu deyilib. Səhəri gün xəstəxanaya yollanan Ramin Musayev qardaşının ayağının sındığını görüb. Onun sözlərinə görə, özü xəstəxanaya gedənə kimi qardaşına heç bir tibbi yardım göstərilməyib.

Ramin Musayev deyir ki, Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra qardaşı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına göndərilib. Qardaşı iddia edir ki, Namiq Musayevin ayağını həkim sındırıb.

Məslə ilə bağlı 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasından bildirildi ki, Namiq Musayev fiziki cəhətdən zəif insandır. sürüşərək yıxılıb və ayağını sındırıb.

Şöbə rəisi xəstəyə heç bir tibbi yardım göstərilməməsi iddiası ilə də razılşmır.
Namiq Musayevin müalicəsi hazırda 3 Saylı Şəhər Kliniki Xəstəxanasında davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ