RU
Bakıda xəstəxanada həkimləri döydülər
23:34
1335

Bakıda xəstəxanada həkimləri döydülər

Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birində insident baş verib.

R.Bağırov küçəsi-30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində həkimlər xuliqanlıq zəminində döyülüb. 

37-ci Polis Bölməsinə müraciət edən 1960-cı il təvəllüdlü Babayev Qılman Əli oğlu və 1963-cü il təvəllüdlü Abdulzaqov Sübhan Rza oğlu bildirib ki, xəstəxanada Nəcməddin adlı şəxs xuliqanlıq zəminində onları döyərək xəsarət yetirib.

Həkimlərin müraciəti ilə bağlı müvafiq araşdırmalar aparılır. /lent.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ