RU
Bakıda xəstəxanada yanğın oldu
22:12
413

Bakıda xəstəxanada yanğın oldu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.

Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ