RU
Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü
15:00
920

Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü

Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb.

 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ