Bakıda yaşayış binasında yanğın baş verib.
7news.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








