Yanğında tüstüdən zəhərlənən iki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun 7News.Az-a verdiyi məlumata görə, pasiyentlərin vəzyyəti stabildir:
"1965-ci il təvəllüdlü Qəmbərova Sultan və 1993-cü il təvəllüdlü Əliyeva Səidə yanğın zamanı tüstüdən boğulub. Hazırda hər ikisinin vəziyyəti stabildir. Həyati təhlükə yoxdur”.
14:43
Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 10 nəfərə tibbi yardım göstərilib.
Bununla bağlı 7News.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
"Onlardan dördü uşaqdır. Onlar tüstüdən zəhərlənib və yerində tibbi yardım göstərilib”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə yerinə beş təcili yardım briqadası göndərilib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, binada elektrik kabellərində tüstülənmə var.
13:55
Bakıda yaşayış binası yanır.
Bununla bağlı görüntülər sosial şəbəkədə yerləşdirilib.
Bildirilib ki, yanğın "Qoşa Park” yaşayış kompleksində qeydə alınıb.
7News.Az








