Bakıda yanğın hadisəsi qeydə alınıb.
Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus, sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./milli
7news.az








