RU
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi
10:00
315

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.

Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ