RU
Bakıda yaşayış binasında yanğında üç polis tüstüdən zəhərləndi
16:28
635

Bakıda yaşayış binasında yanğında üç polis tüstüdən zəhərləndi

Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib. Onlardan 8-i azyaşlı olub.//azxeber

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ