RU
Bakıda yataqxanada yanğın
16:40
485

Bakıda yataqxanada yanğın

Bakıda yataqxanada yanğın baş verib.

Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 kvadratmetr olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kvadratmetr olan 2 otaqlı mənzilin eyvanında 2 ədəd şkaf yanıb. Yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ