Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
7news.Az Report-a istinadən xəbər verir ki, hadisə dünən saat 11:00 radələrində qeydə alınıb.
Belə ki, 1977–ci il təvəllüdlü yol polis serjantı Mehdi Hüseynov xidmət vaxtı idarə etdiyi BMW markalı avtomomillə Zığ qəsəbəsi Sabir küçəsində qəsəbə sakini 1980-ci il təvəllüdlü Balababa Qurbanovu vurub.
B.Qurbanov xəsarət alıb və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
7news.Az








