RU
Bakıda yol polisinin maşınını çəkicləyən şəxslə bağlı
14:33
3619

Bakıda yol polisinin maşınını çəkicləyən şəxslə bağlı

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi Bakıda yol polisi avtomobilinin vətəndaş tərəfindən əzilməsi barədə məlumat yayıb.

Nazirlikdən 7News.Az-a daxil olan məlumatda qeyd olunur ki, fevralın 17-də saat 14.00 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan BMW markalı “99-YP-423” dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

Ş.Bəylərov Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ