Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"90-XH-956” dövlət qeydiyyat nişanlı, "Volkswagen” markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722” dövlət qeydiyyat nişanlı, "Toyota” markalı avtomobilə çırpılıb.
Nəticədə "Volkswagen”in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./report
7news.Az








