RU
Bakıda yol qəzasında yanaraq ölən şəxs
14:33
470

Bakıda yol qəzasında yanaraq ölən şəxs "MTN işi"ndə zərərçəkən imiş

Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxsin kimliyi məlum olub.

7News.az xəbər verir ki, həmin şəxs Quliyev Gülağa Məhərrəm oğludur. G.Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biridir.

G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub və ötən iclasda ifadə verib.

G Quliyev dindirilərkən məhkəmə zamanı bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

 

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "KİA" markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomobilə vurub və "VAZ" markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.//apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ