Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Sentyabrın 19-da saat 11 radələrində Nərimanov rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Elnur Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Balayevanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır. /apa
7news.Az








