RU
Bakıda yolu keçmək istəyən qadını maşın vurdu - VİDEO
10:32
433

Bakıda yolu keçmək istəyən qadını maşın vurdu - VİDEO

Ötən gün axşam saatlarında paytaxtın Maştağa qəsəbəsində piyadanı maşın vurub.

7News.Az xəbər verir ki, hadisə "Albalı bağları” deyilən ərazidə baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü Əlirzayeva Elmira Əliağa qızını yolu keçmək istəyərkən avtomobil vurub.

Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. E.Əlirzayevaya qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ