RU
Bakıda YPX motosikletinin iştirakı ilə qəza baş verib
16:33
1101

Bakıda YPX motosikletinin iştirakı ilə qəza baş verib

Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi “Yamaha” markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən “Mercedes-Benz” markalı avtomobillə vurulub.

Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ