Bakıda ağır yol qəzası baş verib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Suraxanı rayonunda "Kamaz” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./publika
7News.Az








