Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib.
Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov ötən gün 79 yaşında vəfat edib. Dövlət başçısının ölümü ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan edilib.
İslam Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edib.
7News.Az








