Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Qəza "Hyundai" markalı avtomobilin əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə "Volkswagen"ə, ardınca isə "Niva"ya çırpılıb.
Nəticədə "Niva"da olan 1986-ci il təvəllüdlü Bağırova Yeganə Oqtay qızı, o cümlədən "Volkswagen" markalı avtomobilin sürücüsü (hələlik şəxsiyyəti məlum deyil) xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Araşdırma aparılır./report




7news.Az








