RU
Bakıda zəncirvarı qəza: Yaralı var
14:10
1281

Bakıda zəncirvarı qəza: Yaralı var

Bakıda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bu gün saat 08 radələrində Səbail rayonu Yeni Salyan şosesi 22 ünvanında, “Jurnalistlər binası”nın qarşısında 99-CD-653 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 99-AX-596 dövlət nömrə nişanlı, “Chevrolet” markalı və “Nissan” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Nissan”ın sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.   

Hadisə yerinə yol polisi gəlib. Araşdırmalar aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ